1820

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüşüb

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüşüb.

Görüşdə Osman Xaliyev SİF-in fəaliyyəti barədə ətraflı məlumat verib və rəhbər şəxslərin müəyyən edilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qalibin müsabiqə barədə təəssüratları, maraq dairəsini əhatə edən mövzular öyrənilib və mövcud potensialının inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.