Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Vüqar Mamedov və Faiq Hüseynov ilə görüş keçirib.
Görüş zamanı nazir ictimai müzakirələr və cəmiyyətlə ünsiyyət mövzularında şəxsi təcrübəsini bölüşüb. O, dövlət və özəl sektorda uğur qazanmaq üçün strateji düşünmə, effektiv ünsiyyət və qərarvermə bacarıqlarının əhəmiyyətini vurğulayıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025