Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Faiq Hüseynov ilə növbəti dəfə görüşüb.
Görüş zamanı birillik mentorluq proqramı çərçivəsində Faiq Hüseynovun həm fərdi, həm də peşəkar inkişafı barədə geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda “Yüksəliş” müsabiqəsinin iştirakçıların karyera irəliləyişinə verdiyi töhfə vurğulanıb.
O, mentorluq proqramını uğurla başa vurması münasibətilə Faiq Hüseynovu bir daha təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025