KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Görüşdə KOBİA sədri mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olacağını, bu əməkdaşlığın qaliblərin mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, mentorluq proqramı çərçivəsində müsabiqə qaliblərinin qazanacaqları təcrübə çalışacaqları sahələr üçün də əhəmiyyətli olacaqdır.
E.Mirzəzadə yeni bacarıqlara yiyələnmək istədiyini və bu baxımdan mentorluq proqramının səmərəli olacağını bildirib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. “Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov da daxildir. Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcəkdir.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026