Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə ölkədə insan kapitalının gücləndirilməsi, yeni nəsil idarəçilərin dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təşviqi, eləcə də mədəniyyət sahəsində strateji yanaşmaların formalaşdırılması mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nazir Adil Kərimli çıxışında “Yüksəliş” müsabiqəsinin Azərbaycanın intellektual və peşəkar potensialının üzə çıxarılması baxımından mühüm platforma olduğunu vurğulayıb. O qeyd edib ki, bu müsabiqə peşəkar və perspektivli kadrların aşkarlanması, onların bacarıqlarının inkişaf etdirilməsi və dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Nazir mədəniyyət sahəsinin də bu potensialdan faydalanmasının vacibliyini xüsusi diqqətə çatdırıb.
Görüş zamanı “Yüksəliş” müsabiqəsinin qalibləri öz fəaliyyət istiqamətləri, peşəkar təcrübələri və gələcək hədəfləri barədə məlumat verib, mədəniyyət sahəsində innovativ yanaşmalar, layihə idarəçiliyi və institusional inkişafla bağlı fikirlərini bölüşüblər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026

