1820

Mentorluq proqramına qoşulmuş tələbələr dəyərli təcrübə qazanmağa davam edirlər

Mentorluq proqramına qoşulmuş tələbələr dəyərli təcrübə qazanmağa davam edirlər.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev UNEC tələbələri Aytac Hümbətzadə və Məhərrəm Əliyev ilə Mərkəzi Bank tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminə həsr olunmuş təqdimatda iştirak ediblər.  

Görüş iştirakçılarına xüsusi tənzimləmə rejiminin məqsədi, müraciətlərin qiymətləndirilməsi meyarları və sınaq prosesi ilə bağlı ətraflı məlumat təqdim olunub.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.