Mərkəzi Bankın sədri Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyev ilə görüş keçirib.
Görüşdə rəhbər şəxslərin idarəetmədə uğurlu karyera yolu üçün zəruri bilik və bacarıqların təkmilləşdirilməsi barədə ətraflı müzakirələr aparılıb. Mentor T.Kazımov idarəetmə modelləri ilə bağlı tətbiq oluna biləcək strategiyalardan danışaraq bu istiqamətdə tövsiyələrini verib.
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyevin mentorudur.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025