1820

Mərkəzi Bankın sədri Taleh Kazımov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov Mentorluq Proqramı çərçivəsində dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynov ilə növbəti dəfə görüşüb.

Görüşlər zamanı qaliblərin proqram çərçivəsində həyata keçiriləcək növbəti fəaliyyət istiqamətləri, eləcə də peşəkar təşəbbüsləri və strateji inkişaf planları müzakirə olunub.

Görüş çərçivəsində "Yüksəliş" müsabiqəsinin qaliblərinə praktiki tövsiyələr verilib, həmçinin bank və maliyyə sektorunda gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalayıb.