1820

Mərkəzi Bankın sədri Taleh Kazımov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti dəfə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyev ilə növbəti dəfə görüşüb.

Görüş çərçivəsində müsabiqə qaliblərinin fərdi inkişaf proqramı üzrə kapital bazarlarının inkişafı, dayanıqlı maliyyələşmənin genişləndirilməsi, istiqraz və səhm ticarətinin təşviqi, eləcə də bu istiqamətdə tətbiq olunacaq yeni alətlərlə bağlı hüquqi və tənzimləyici çərçivənin hazırlanması kimi strateji təşəbbüslərdə iştirakının nəticələri nəzərdən keçirilib.

Sədr qaliblərə idarəetmə səriştələrinin və biliklərinin artırılması üzrə tövsiyələrini də bildirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.