Mərkəzi Bankın sədri Taleh Kazımovun üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşü baş tutdu
Mərkəzi Bankın sədri Taleh Kazımovun üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyevlə növbəti görüşü keçirildi. Görüş zamanı müsabiqə qalibləri üçün hazırlanmış fərdi inkişaf proqramı, eləcə də idarəetmə sahəsində bilik və bacarıqların artırılması və tətbiqi barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda Mentorluq proqramının effektiv həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən lazımi dəstəyin göstəriləcəyi qaliblərin diqqətinə çatdırıldı.
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyevin mentorudur.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025