Millət vəkili Kamal Cəfərov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Millət vəkili Kamal Cəfərov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı təşkil olunan “Heydər Əliyev siyasi məktəbi” layihəsi ilə bağlı müsabiqə qaliblərinə məlumat verən millət vəkili bildirib ki, layihənin məqsədi Heydər Əliyevin idarəetməsi barədə onunla işləmiş şəxslərin perspektivindən Sabirabad rayonundan seçilmiş 15 nəfər gənci maarifləndirməkdir. Layihə 6 ay müddətində ayda 1 dəfə olmaqla müxtəlif yerlərdə keçiriləcək. Millət vəkili əlavə edərək bildirib ki, sabirabadlı gənclərə yumşaq bacarıqların inkişafı ilə bağlı təlimlərin keçirilməsində “Yüksəliş” müsabiqəsinin qaliblərinin bilik və bacarıqlardan faydalı olacaq. “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində ölkəmizin və gənclərin inkişafı naminə bu layihədə töhfələrini verməkdən qürur hissi duyacaqlarını ifadə ediblər. Görüşün davamında Kamal Cəfərov qaliblərin layihənin inkişafı və genişləndirilməsi istiqamətində fikirlərini və təkliflərini dinləyib və onların suallarını cavablandırıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025