Milli Məclisin deputatı Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Milli Məclisin deputatı Şahin Seyidzadə Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İnsafəli Səmədov və Cəfər Nəcəfli ilə yekun görüş keçirib.
Görüş zamanı Mentorluq Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qaliblərin fərdi inkişaf planı üzrə görülmüş işlər müzakirə olunub. Eyni zamanda, proqram müddətində qazanılmış təcrübələr, idarəetmə və liderlik bacarıqlarının inkişafı, həmçinin gələcək karyera hədəfləri ətrafında fikir mübadiləsi aparılıb. Mentor tərəfindən qaliblərə peşəkar inkişaflarını davam etdirmələri üçün tövsiyələr verilib və proqramın yekun nəticələri dəyərləndirilib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
15.04.2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
14.04.2026
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
14.04.2026


.jpg)
