Milli Məclisin deputatı Şahin Seyidzadə "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Milli Məclisin deputatı Şahin Seyidzadə üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Şamxal Cəmilzadə və Ülviyyə Mehralıyeva ilə növbəti dəfə görüş keçirib.
Görüş zamanı ilin mentorluq proqramının nəticələri müzakirə olunub və qaliblərin qazandığı təcrübələr, həmçinin proqram çərçivəsində əldə olunan uğurlar haqqında fikir mübadiləsi aparılıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025