1820

Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndə heyəti “Yüksəliş” müsabiqəsinin İşçi qrupu ilə görüşüb

25 may tarixində Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndə heyəti “Yüksəliş” müsabiqəsinin İşçi heyətinin rəhbəri Fərhad Hacıyevlə görüşüb. Görüşün keçirilməsində əsas məqsəd təşkilatlararası təcrübə mübadiləsini həyata keçirərək kadr rezervinin idarə edilməsi üzrə bir sıra istiqamətdə digər ölkələrin, o cümlədən, “Yüksəliş” müsabiqəsinin təcrübələrindən yararlanmaqdır. Görüşdə istedadlı və bacarıqlı kadrların yaradılmasını təmin etməklə təşkilatların gələcək hədəflərini, habelə mövcud hədəflərini həyata keçirməyə xidmət etmək məqsədilə gələcək əməkdaşlığının müzakirəsi aparılmışdır.  Bu əməkdaşlığın sosial lift layihələrinin keçirilməsində təcrübə mübadiləsini daha da optimallaşdırmaq istiqamətində faydalı olacağı gözlənilir. Bundan əlavə, görüşdə Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” İşçi qrupunun rəhbəri Fərhad Hacıyev qonaqlara müsabiqənin mərhələləri, gedişatı və iştirakçıların müsabiqə çərçivəsində inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılması kimi imkanlardan danışıb. Nümayəndə heyətinin tərkibi Agentliyin Kadrların idarə olunması şöbəsinin müdiri Qurbanov İlham Jumakuloviç, Dövlət orqanlarında və təşkilatlarında kadrlarla işin əlaqələndirilməsi şöbəsinin müdiri Əkrəmov Abbas Aşrapoviç, Dövlət qulluqçularının hüquqlarının müdafiəsi və onlara şərait yaradılması şöbəsinin müdir müavini Mamadjanov Şuxrat Muratoviç, Milli kadrlar ehtiyatı ilə iş şöbəsinin baş inspektoru Abdullayev Timur Qənijanoviç, Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının baş müfəttişi Əzizov Akmal Səfərbəyeviç və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Qaibov Bəhramdan ibarətdir. Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi Özbəkistanın dövlət orqanlarında və təşkilatlarında insan resurslarının inkişafı və kadrların idarə edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə məsul orqandır.