"PAŞA Holding" MMC-nin baş icraçı direktorunun müavini Rövşən Allahverdiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
“PAŞA Holding" MMC-nin baş icraçı direktorunun müavini Rövşən Allahverdiyev ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Camal Nağıyev və Xanbaba Sultanlı ilə görüş keçirib.
Layihənin idarəçi rəhbərlərindən biri kimi Rövşən Allahverdiyev müsabiqə qalibləri ilə biillik fərdi inkişaf planının nəticələrini müzakirə edib və qaliblərin peşəkar bacarıqlarının gələcəkdə daha da artırılması istiqamətində tövsiyələr verib.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində "PAŞA Holding"in baş icraçı direktorunun müavini ilə tanışlıq imkanına və bu müddət ərzində göstərilmiş dəstəyə, eləcə də səmimi münasibətə görə Rövşən bəyə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025