Qaliblərimiz strateji liderlik bacarıqlarının inkişafı üzrə təlimdə iştirak ediblər
“Azərsun Holdinq” İdarə Heyətinin Strategiya və Biznesin İnkişafı üzrə müşaviri Nailə Mehrabova ilə “Yüksəliş” müsabiqəsinin qalibləri arasında maraqlı təlim baş tutub.
"Strateji liderlik: Sektorun ön sıralarında yer tutmaq" mövzusunda çıxış edən Nailə Mehrabova zəngin təcrübəsini qaliblərimizlə bölüşüb. Xatırladaq ki, Nailə xanım Stenford Universitetini bitirən ilk azərbaycanlı qadın, qida və neft-qaz sənayeləri, maliyyə və transformasiya sahələrində zəngin təcrübəyə malik peşəkar, eləcə də “The Heir’s Handbook” kitabının müəllifidir.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin qalibləri Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirədə iştirak ediblər
16.02.2026
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
13.02.2026
Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.2026


