1820

Qaliblərimiz tələbələrlə səmərəli görüşlər keçirməyə davam edirlər!

Qaliblərimiz tələbələrlə səmərəli görüşlər keçirməyə davam edirlər!

Budəfəki görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində birinci “Yüksəliş” müsabiqəsinin qalibi Saməddin Abbasovun iştirakı ilə keçirilib.

S. Abbasov tələbələrə uğurlu karyera qurmağın sirlərindən, ali təhsildə fərqlənməyin önəmindən və "Yüksəliş" müsabiqəsinin həyatına qatdığı üstünlüklərdən danışıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.