Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şahin Mahmudzadə və Azad Qəribovla növbəti dəfə görüş keçirib.
Nazir qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və layihənin idarəçi rəhbərlərindən biri olaraq müsabiqə qalibləri ilə birillik fərdi inkişaf planının icrasından söz açıb. Həmçinin, nazir qaliblərin peşəkar bacarıqlarının artırılması istiqamətində onlarla fikir mübadiləsi aparıb.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində rəqəmsal inkişaf və nəqliyyat nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın əvəzolunmaz fürsət olduğunu bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
14.04.2026
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
14.04.2026
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib
14.04.2026
