Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə görüşüb
İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə görüşüb.
Görüşdə Osman Xaliyev SİF-in fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin, bacarıqlı kadrların dəstəklənməsi və rəhbər şəxslərin müəyyən edilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, müasir idarəetmə, komanda quruculuğu və rəhbər şəxslərin kadrların inkişafında rolu barədə tövsiyələr verilib və müzakirələr aparılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025