Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Milli Məclisin deputatı Şahin Seyidzadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva və Şamxal Cəmilzadə ilə görüşüb.
O, mentorluq proqramının qaliblərin şəxsi və peşəkar inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Daha sonra isə mentilərin təkliflərini dinləyib və onlara bu istiqamətdə müfaviq tapşırıqlar verib.
Qeyd edək ki, Milli Məclisin deputatı Şahin Seyidzadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva və Şamxal Cəmilzadənin mentorudur.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025