SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə yekun görüş keçirib
SOCAR-ın prezidenti Rövşən Nəcəf Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Qaraxan Şirinli ilə yekun görüş keçirib.
Proqram müddətində onların fərdi inkişaf planları üzrə əldə etdikləri nəticələr, irəli sürdükləri təşəbbüslər və gələcək hədəflər müzakirə olunub.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
15.04.2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
14.04.2026
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
14.04.2026
