“Yüksəliş” müsabiqəsinin iştirakçılarından Prezidentə müraciət

27.10.2020

Cənab Ali Baş Komandan!

Biz Sizdən səbirli və sülh tərəfdarı olmağın zəiflik olmadığını, həddini aşan, milli təhlükəsizliyimizi təhdid edən mənfur düşmənə qarşı sərt, barışmaz mövqe sərgiləməyi öyrəndik.

Biz Sizdən xeyirxah, mehriban olmağı, lakin azğın, hiyləgər düşmənə qarşı sərt mövqe sərgiləməyi və heç zaman unutmayacağımız tarixi dərs verməyi öyrəndik.

Biz Sizdən yüksək natiqlik qabiliyyəti ilə çıxış etməyi, lakin lazım gəldikdə düşmənlə öz dilində danışaraq çirkin mahiyyətini ona xatırlatmağı öyrəndik.

Biz Sizdən yüksək döyüş hazırlığına malik orduya sahib olmağımıza baxmayaraq, namərdcəsinə mülki şəxsləri hədəfə alan düşmənlə müharibə qaydalarına uyğun mərd mübarizə aparmağı öyrəndik.

Əmin olun ki, cəmiyyətdəki mövqeyimizdən asılı olmayaraq, bu yolda biz hamımız Sizin əsgərlərinizik.

Bizə qalib xalqın nümayəndəsi olmaq hissini yaşatdığınız üçün sonsuz təşəkkürümüzü bildiririk.

Yazılan yeni tariximiz və yüksəlişimiz Qarabağdan başlasın. Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!