Tələbə mentorluq proqramının növbəti infosessiyası AZMİU-da baş tutub
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Rəsul Həşimov Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşüb.
Müsabiqə qalibi tələbələri mentorluq proqramının imkanlarından yararlanmağa, şəxsi və peşəkar inkişafla bağlı fürsətləri dəyərləndirməyə dəvət edib. Sonda tələbələrin sualları cavablandırılıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025
