1820

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda iştirak edib

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Mirzə Ələkbər Babayev Mentorluq proqramı çərçivəsində mentoru, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun dəvətilə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda iştirak edib. Forum Macarıstanın Budapeşt şəhərində keçirilib.

Xatırladaq ki, yanvar ayından etibarən start götürən üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində görüşlər davam edir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən  birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cüil tarixində Sərəncam imzalanıb.