1820

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə mentorluq proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüşüb.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə mentorluq proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüşüb.

"Yüksəliş" müsabiqəsinin qalibi Əsəd Qurbanzadə öz bilik və bacarıqlarıyla əldə etdiyi uğurlardan və iş həyatındakı yüksəlişindən danışaraq öz tövsiyələrini nazirliyin əməkdaşları ilə paylaşıb.

O, interaktiv formatda keçirilən görüşdə müsabiqə barədə təəssüratlarını bölüşüb, mentorluq proqramı çərçivəsində gələcək planları haqqında danışıb, eyni zamanda idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsində “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb.

Sonda qalib tərəfindən "Yüksəliş" müsabiqəsində iştirak edən əməkdaşları maraqlandıran suallar cavablandırılıb və idarəetmə ilə bağlı müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.