Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Faiq Hüseynov Mentorluq proqramı çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Saatlı rayonunda vətəndaş qəbulunda iştirak edib
“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramının silsilə görüşləri davam edir.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Faiq Hüseynov Mentorluq proqramı çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Saatlı rayonunda vətəndaş qəbulunda iştirak edib. Qəbul zamanı nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025