Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyev ilə Mərkəzi Bankın sədri Taleh Kazımov arasında növbəti görüş baş tutub
Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyev üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş işləri nəzərdən keçiriblər. Sədr idarəetmə sahəsində bilik və bacarıqlarını daha da artırmaq istəyən qalibimizlə öz tövsiyələrini paylaşıb.
Qalibimiz də öz növbəsində Taleh Kazımovun şəxsi təcrübəsindən faydalana bildiyi üçün məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
“Yüksəliş” müsabiqəsinin dördüncü dəfə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025