1820

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olub

"Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olub.

7-8 may tarixlərində Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-nin 100 illiyi çərçivəsində, ARVK tərəfindən təşkil olunmuş silsilə tədbirlər zamanı, İbrahim Məmmədzadə konfransda, Naxçıvan ASAN Vəkil Bürosunun açılışında, pulsuz hüquqi yardım aksiyasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində iştirak edib.

Mayın 8-i ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi və muzeyi ziyarət edilib, daha sonra “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda keçirilmiş konfransda İbrahim Məmmədzadə “Naxçıvanın inkişaf potensialı” mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.