1820

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Toğrul İslam müsabiqənin Mentorluq proqramı çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovla vətəndaş qəbulunda iştirak edib

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Toğrul İslam müsabiqənin Mentorluq proqramı çərçivəsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədovla vətəndaş qəbulunda iştirak edib. Qəbul müddətində vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Sədr qaldırılan məsələlərin həlli üçün müvafiq addımların atılacağı vurğulayıb.

Müsabiqə qalibinin Mentorluq proqramı çərçivəsində bir il müddətində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.