1820

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova mentorluq proqramı çərçivəsində bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova mentorluq proqramı çərçivəsində BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.

Görüşdə qalibimizin hazırda üzərində çalışdığı layihələr müzakirə edilib, mentorumuz isə öz iş təcrübəsində qarşılaşdığı real keyslərdən yola çıxaraq həmin layihələrlə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.