1820

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Toğrul Ələkbərov və Tural Abdullazadə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə vətəndaş qəbulunda iştirak ediblər

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli vətəndaşlarla görüş keçirib. 

Azərbaycan Milli Kitabxanasında keçirilən görüşdə üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Toğrul Ələkbərov və Tural Abdullazadə də iştirak edib. 

Vətəndaşların yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi barədə sualları ətraflı şəkildə cavablandırılıb. 

Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimli Mentorluq proqramı çərçivəsində üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Toğrul Ələkbərov və Tural Abdullazadənin mentorudur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.