Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün Mentorluq proqramına start verildi
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən onlara təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar. Belə ki, müsabiqənin İşçi Qrupu mentorlar və qaliblərin bölgüsünü müəyyənləşdirib. Müsabiqənin şərtlərinə əsasən, 22 qalibin hər biri 1 illik Mentorluq proqramı çərçivəsində müvafiq idarəçi rəhbərlər tərəfindən təcrübələrə cəlb olunacaq. Hər bir qalib ümumilikdə iki idarəçi rəhbərin mentorluq təcrübəsindən yararlanacaq.
Mentorluq proqramının bölgüsü aşağıdakı kimidir:
Emin Hüseynov – Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Qaliblər: Sübhan Əsgərzadə, Tural Abdullazadə
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Qaliblər: Fərid İsayev, Əsəd Qurbanzadə
Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Qaliblər: İlahə Baxışova Tahirli, Toğrul Ələkbərov
Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
Qaliblər: Rəsul Həşimov, İlahə Baxışova Tahirli
Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Qaliblər: Rəsul Həşimov, Bayram Orucov, Səkinə Vəliyeva
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Qaliblər: Şahin Mahmudzadə, Azad Qəribov
Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri
Qaliblər: Toğrul Ələkbərov, Tural Abdullazadə
Məcnun Məmmədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Qaliblər: Faiq Hüseynov, Vüqar Mamedov
Vüsal Hüseynov - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Qalib: Emil Bəşirov
Rövşən Nəcəf - SOCAR-ın prezidenti
Qaliblər: Emil Bəşirov, Fərid İsayev
Cəlal Qasımov - “Pasha Holding”in Baş icraçı direktoru
Qaliblər: Elvin Əlizadə, Ülviyyə Mehralıyeva
Zakir İbrahimov - “AzerGold” QSC-nin sədri
Qalib: Vüqar Mamedov
Hafiz Paşayev - ADA Universitetinin rektoru
Qaliblər: Bayram Orucov, Toğrul İslam
Taleh Kazımov - Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri
Qaliblər: İbrahim Məmmədzadə, Fərahim Hacıyev
Ruslan Əlixanov - Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
Qaliblər: Şahin Mahmudzadə, Mirzə Ələkbər Babayev
Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri
Qalib: Elvin Əlizadə
Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya naziri
Qalib: Əsəd Qurbanzadə
Məleykə Abbaszadə - DİM Direktorlar Şurasının sədri
Qaliblər: Şamxal Cəmilzadə, Səkinə Vəliyeva
Fuad Muradov - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Qalib: Mirzə Ələkbər Babayev
Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Qalib: Xanım Daşdəmirova
Rəhman Hacıyev - Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri
Qalib: Azad Qəribov
Şahin Seyidzadə - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri
Qaliblər: Şamxal Cəmilzadə , Ülviyyə Mehralıyeva
Anar Bağırov - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri
Qalib: İbrahim Məmmədzadə
Orxan Məmmədov - KOBİA İdarə Heyətinin sədri
Qalib: Faiq Hüseynov
Rövşən Məmmədov - “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri
Qalib: Toğrul İslam
Bəxtiyar Aslanbəyli - BP-nin vitse-prezidenti
Qaliblər: Xanım Daşdəmirova, Sübhan Əsgərzadə
Cavid Quliyev - “PashaBank”ın İdarə Heyətinin sədri
Qalib: Fərahim Hacıyev
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min AZN məbləğində pul mükafatı əldə edir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025