1820

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Vüqar Mamedov və Faiq Hüseynov "Caspian Agro" və "Interfood Azerbaijan" sərgilərinin rəsmi açılış mərasimində iştirak ediblər

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Vüqar Mamedov və Faiq Hüseynov "Caspian Agro" və "Interfood Azerbaijan" sərgilərinin rəsmi açılış mərasimində iştirak ediblər.

"Yüksəliş" müsabiqəsinin qalibləri Vüqar Mamedov və Faiq Hüseynov mentorluq proqramı çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə birlikdə nüfuzlu sərgiyə qoşulublar.

Açılışda çıxış edən cənab nazir önəmli tədbir və sərgilərin ölkəmizdə aqrar sahənin davamlı inkişafına töhfə verəcəyini dilə gətirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.