Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Vüqar Mamedov və Faiq Hüseynov mentorluq proqramı çərçivəsində kənd təsərrüfatı naziri ilə birlikdə fermerlərlə keçirilən görüşdə iştirak ediblər
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Vüqar Mamedov və Faiq Hüseynov mentorluq proqramı çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə birlikdə Kürdəmir və Yevlaxdakı arıçılıq təsərrüfatı, taxıl sahələri, meyvə bağları, tingçilik və heyvandalıq təsərrüfatlarına baş çəkib, fermerlərlə görüşüblər.
Görüş zamanı fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
“Yüksəliş” müsabiqəsinin dördüncü dəfə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı
10.12.2025
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
06.12.2025
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
26.11.2025

