1820

Vəkillər Kollegiyasının sədri Anar Bağırov mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə növbəti görüş keçirib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə növbəti faydalı görüş keçirib.

Görüş zamanı İbrahim Məmmədzadə ilə görülən işlərdən danışılıb, mentinin proqram çərçivəsində birillik fərdi inkişaf planına nəzər salınıb və idarəçilik səriştəsinin daha da artırılması, habelə gələcək planları barədə geniş fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə fərdi inkişaf proqramı əsasında ARVK-nın həyata keçirdiyi tədbirlər, İbrahim Məmmədzadənin fərdi inkişafı üçün səmərəli olan digər layihələr müzakirələr edilib, onun peşəkar sahədə hədəflərindən söz açılıb və mövcud potensialının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr diqqətə çatdırılıb, o cümlədən hər iki tərəfin bir sıra təklifləri istiqamətində fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.