Vəkillər Kollegiyasının sədri Anar Bağırov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüş keçirib.
Görüş zamanı Anar Bağırov qalibimizi karyera yüksəlişi - yeni vəzifəsi münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mentorluq proqramı çərçivəsində görülən işlərə və birillik fərdi inkişaf planına nəzər salınıb, bu sahədə qazandığı yeni biliklər və növbəti addımlar barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025