“Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri , “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
Humanitar sahədə qaliblərin fikirlərini dinləyən Fərəh Əliyeva onların təhsil və humanitar məsələlərlə bağlı suallarını cavablandırıb. Komitə sədri qarşıdaduran mentorluq proqramı barədə danışıb. Qaliblər isə öz növbəsində müsabiqənin onlara qatdığı dəyərdən söz açıb, qalibiyyət sonrası həyatlarında və kariyeralarında baş verən uğurları paylaşıblar. Təhsil sahəsindən və bu sahədə verə biləcəkləri töhfələrdən söz açan qaliblər dövlət və sosial sahədə ölkəmizin inkişafına yararlı olmaqdan qürur hissi duyacaqlarını əlavə ediblər. Əlavə olaraq, onlar sosial layihələrdə aktiv şəkildə iştirak etməyə maraqlı olduqlarını bildiriblər. Fərəh Əliyeva isə qaliblərin işğaldan azad edilən bölgələrdə yenidənqurma və inkişafa əvəzsiz fayda verəcəklərinə inandığını vurğulayıb, onları cəmiyyətimizin uğurlu rol modelləri olaraq karyera və təhsil istiqamətində gənclərə dəstək olmağa səsləyib. İşçi qrupunun rəhbəri Fərhad Hacıyev gələcəkdə bu növ səmərəli görüşlərin mütəmaddi təşkil ediləcəyi bildirilib.
Qeyd edək ki, qaliblərdən 2-si görüşə ölkə xaricindən video zəng vasitəsi ilə qoşulub.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025