1820

“Yüksəliş” müsabiqəsi çərçivəsində ekspertlər üçün "Etika" təlimi keçirilib

“Yüksəliş” müsabiqəsi çərçivəsində ekspertlər üçün "Etika" təlimi keçirilib.

Qiymətləndirici ekspertlərin bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən bu təlim kompetensiya əsaslı qiymətləndirmə, etik prinsiplərin tətbiqi sahəsini özündə birləşdirib.

Təlimdə ekspertlər üçün nəzərdə tutulan praktik məşğələlər və simulyasiyalar təqdim edilib. Həmçinin sessiya çərçivəsində məxfilik anlayışı, etik davranış prinsipləri, məxfilik pozuntularının nəticələri və qiymətləndirmə prosesində rast gəlinən etik dilemmalar da müzakirə olunub.  

Qeyd edək ki, bu təlimin əsas məqsədi ekspertlərin qiymətləndirmə prosesində məxfiliyi düzgün başa düşməsi, tətbiq etməsi və qorumasını təmin etməkdir. Beləcə, nəticədə təlim iştirakçıları etik prinsiplərin praktiki tətbiqi barədə faydalı məlumatlar əldə etmiş oldular.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.