“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün “Ümumi biliklər imtahanı” keçirildi
“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyionlayn mərhələnin “Ümumi biliklər imtahanı” aprel 21-i saat 11:00-da start götürüb.
İmtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər”blokları üzrə aparıldı. İştirakçıların onlayn formada qatıldıqları imtahanda 9784 nəfər namizəd iştirak edib. Qeyd edək ki, busayda iştirakçının eyni anda vahid sistemə daxil olaraqimtahandan keçməsi ölkəmizdə bir ilkdir. “Ümumi biliklər imtahanı” üçün təyin olunan keçid balı 60-dır. Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və “CV turu”olmaqla 2 hissədən ibarətdir. İmtahanı uğurla başa vuran namizədlər may ayının 1-dən 10-dək davam edəcək CV turunda iştirak etməyə haqq qazanıblar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025