“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı” start götürdü
Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsininəyani mərhələsinin ilk imtahanı 18 may tarixində start götürüb. “Qabiliyyət imtahanı” 4 sessiya olmaqla bu gün və sabah keçiriləcək. Sessiyalar isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan 161 nömrəli tam orta məktəb və 263 nömrəli tam orta məktəbdə baş tutub.
Suallar verbal, rəqəmsal və abstrakt təhlil olmaqla 3 blok üzrə hazırlanıb.
“Qabiliyyət imtahanı”nın nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq T-bal şkalası ilə hesablanacaq. Bu qiymətləndirmə metodu beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) istifadə edilir və Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq edilib. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.
“Qabiliyyət imtahanı”nın nəticələri bütün imtahan sessiyaları bitdikdən sonrakı 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025