“Yüksəliş” müsabiqəsinin qalibi Emil Bəşirov tələbələrlə mentorluq proqramı çərçivəsində görüşüb
Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Emil Bəşirov ADNSU tələbələri Nərmin Abdullazadə və Fərid Babayev, DİA tələbəsi Fuad Qasımzadə ilə görüşüb.
O, tələbələrlə görüşdə peşəkar inkişafın karyera yolundakı əhəmiyyətini vurğulayaraq, onlara qısa və uzunmüddətli karyera hədəfləri müəyyən etməyi və bu hədəflərə çatmaq üçün planlı şəkildə çalışmağı tövsiyə edib. Mentor Emil Bəşirov SOCAR-da həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, onları bu təşəbbüslərdə fəal iştirak etməyə dəvət edib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025