"Yüksəliş" müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşüb

16.06.2024

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşüb.

Görüşdə mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

“Yüksəliş” müsabiqəsinin dördüncü dəfə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

PR-header-photo