“Yüksəliş” müsabiqəsinin qalibi Orxan Qazı zadə tələbələrlə mentorluq proqramı çərçivəsində görüş keçirib
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Qazı zadə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ceyran Yusifli və Bakı Dövlət Universitetinin tələbəsi Aysu Novruzova ilə mentorluq proqramı çərçivəsində görüş keçirib.
Görüşdə Orxan Qazı zadə tələbələrə liderlik sahəsində qazanılan bilik və bacarıqların inkişafından bəhs edərək öz təcrübələrini bölüşüb, şəxsi və karyera inkişafı mövzularında faydalı məsləhətlər verib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025