“Yüksəliş” müsabiqəsinin qalibi Vüqar Mamedov ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında növbəti görüş baş tutub
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Vüqar Mamedov ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında növbəti görüş baş tutub.
Görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtın idarəedilməsi, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv qərar qəbuletmə və çevikliyin təmin olunması mövzuları ətrafında müzakirələr aparıb. Həmçinin İdarə Heyətinin sədri məhdud maliyyə və insan resurslarından istifadənin effektiv planlaşdırması və prioritetləşdirməsi istiqamətində təcrübəsini bölüşüb, müsabiqə qalibinə müvafiq tapşırıq və tövsiyələrini verib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025