“Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov növbəti görüş keçiriblər
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində növbəti görüş keçiriblər.
Görüşdə proqram çərçivəsində görülmüş işlər, gənclərin fərdi inkişaf sahəsində qazandıqları yeni biliklər, onların idarəçilik səriştələrinin artırılması və gələcək planları barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri gənclərin Azərbaycanın inkişafı üçün həvəslə çalışmalarını, bilik və bacarıqlarını davamlı şəkildə artırmalarını təqdir edib, gələcəyə inamlı baxışı ilə seçilən yeni nəslin ölkəmiz üçün əvəzolunmaz kapital olduğunu vurğulayıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
“Yüksəliş” müsabiqəsinin dördüncü dəfə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025