“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. O, görüş zamanı qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, tezliklə başlayacaq mentorluq proqramından söz açıb.
Qaliblərin təhsil, humanitar məsələlər və ictimai fəaliyyət ilə bağlı suallarını cavablandıran Fərəh xanım “Yüksəliş” müsabiqəsinin həm liderlik keyfiyyətlərinin inkişafına, həm də ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verməkdə əhəmiyyətli rol oynadığını xüsusi qeyd edib. Qaliblər də öz növbələrində, ölkənin iqtisadi inkişafına öz töhfələrini vermək istədiklərini, həmçinin müxtəlif sosial və ictimai layihələrdə fəal iştirak etmək arzusunda olduqlarını bildiriblər.
Qeyd edək ki, dördüncü müsabiqənin yekunlarına əsasən, "Yüksəliş" müsabiqəsinin qalibi elan olunan 25 iştirakçı bir il müddətində müsabiqənin mentorlarının iştirakı ilə mentorluq proqramından yararlanmaq imkanı əldə ediblər.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025