“Yüksəliş” müsabiqəsinin qalibləri Milli Aviasiya Akademiyasının tələbələri ilə görüş keçiriblər.
İqtisadiyyat və hüquq fakültəsinin tələbələri üçün təşkil olunmuş səmərəli görüşdə:
- Milli Aviasiya Akademiyasının rektorunun köməkçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova;
- Akademiyanın birinci prorektoru, texnika elmləri doktoru, professor Ədalət Səmədov;
- Akademiyanın prorektoru, texnika elmləri doktoru, professor Xəqani Abdullayev;
- İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə,
- “Yüksəliş” İB-nin hüquq şöbəsinin rəhbəri Ümman Ağamalıyev;
- Qaliblərimiz Orxan Qazı zadə, Tural Feyzullayev və Bayram Orucov iştirak ediblər.
Onlar tələbələrə öz təcrübələri haqqında danışıb, fərdi inkişafla bağlı dəyərli məsləhətlərini verib və suallarını cavablandırıblar.
Görüş iştirakçıları Milli Aviasiya Akademiyasının tədris binaları, tələbə şəhərciyi, İqtisadiyyat və hüquq fakültəsinin yerləşdiyi inzibati bina və xüsusi hazırlanmış nümunəvi “məhkəmə otağı” ilə tanış olublar.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.