“Yüksəliş” müsabiqəsinin qalibləri Şamxal Cəmilzadə və Səkinə Vəliyeva ilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti dəfə görüş keçirib
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şamxal Cəmilzadə və Səkinə Vəliyeva ilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti dəfə görüş keçirib.
Məleykə Abbaszadə mentilərə Dövlət İmtahan Mərkəzinin cari fəaliyyəti, qarşıda duran məsələlər və hədəflərlə bağlı məlumat verib. Sədr qaliblərin fərdi inkişaf planı üzrə fəaliyyəti ilə maraqlanıb və onların suallarını cavablandırıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.
“Yüksəliş” müsabiqəsinin dördüncü dəfə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Mədəniyyət naziri Adil Kərimli “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.01.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
27.12.2025
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla görüş keçirib
27.12.2025

