“Yüksəliş” müsabiqəsinin qalibləri UNEC-də tələbə mentorluq proqramı üzrə infosessiya keçirib
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Saməddin Abbasov, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədov, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərahim Hacıyev, İlahə Baxışova Tahirli, Şamxal Cəmilzadə və Vüqar Mamedovun iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün mentorluq proqramı çərçivəsində infosessiya təşkil olunub.
Qaliblər tələbələri məlumatlandıraraq mentorluq proqramının onların peşəkar karyera inkişafına böyük fayda verəcəyini bildiriblər. Müsabiqə qalibləri öz şəxsi təcrübələri, əldə etdikləri bilik və bacarıqlar, həmçinin, mentorluq proqramının tələbələrə təqdim etdiyi imkanlar barədə danışıblar.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı
10.12.2025
Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
06.12.2025
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
26.11.2025



