1820

"Yüksəliş" müsabiqəsinin qiymətləndirici ekspertlər üzrə qeydiyyatı üçün müəllimlərə sessiya keçirilib

"Yüksəliş" müsabiqəsinin qiymətləndirici ekspertlər üzrə qeydiyyatı üçün müəllimlərə sessiya keçirilib.
Təqdimatda müəllimlərə müsabiqənin məqsədi, təşkili, qiymətləndirmə və qeydiyyat prosesi haqqında ətraflı məlumatlar verilib.
Sessiya zamanı müəllimlərin qiymətləndirici ekspert qismində iştirakına dair suallar cavablandırılıb və seçim prosesində uğur qazanmaq üçün faydalı tövsiyələr verilib.
“Yüksəliş” müsabiqəsində qiymətləndirici ekspert kimi iştirak etmək istəyən namizədlər linkdən istifadə edərək qeydiyyatdan keçə bilər: https://yukselish.az/profile/register/expert

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.